Koreya Prezidenti İlham Əliyevi təbrik edib

Koreya Prezidenti İlham Əliyevi təbrik edib

Koreya Respublikasının Prezidenti Yun Sok Yol Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axeber.az bildirir ki, təbrikdə deyilir:

"Zati-aliləri!

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan Respublikası vətəndaşlarına səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Ötən illər ərzində ölkələrimiz güclü əməkdaşlıq və tərəfdaşlıq əlaqələri qurmuşdur. Ölkələrimiz arasında münasibətləri daha da inkişaf etdirəcəyimizə və xalqlarımızın mövcud dostluğunu daha da möhkəmləndirəcəyimizə ümid edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına daimi firavanlıq arzu edirəm".