MN: "Azərbaycan Ordusu Ermənistan silahlı bölmələrini atəşə tutmayıb"

MN: "Azərbaycan Ordusu Ermənistan silahlı bölmələrini atəşə tutmayıb"

Mayın 23-ü guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələrinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat yalandır, bu məlumatı qəti surətdə təkzib edirik.

Axeber.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyindən bildirilib.