Nazirlik apellyasiya şikayəti verən müəllimliyə namizədlərə müraciət etdi

Nazirlik apellyasiya şikayəti verən müəllimliyə namizədlərə müraciət etdi

Müəllimlərin işə qəbulu üzrə müsabiqədən narazı qalanların apellyasiya şikayətinə baxılacağı tarix açıqlanıb.

Bu barədə Axeber.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dövlət ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində vakant yer tutan şəxslərin apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar şəxsi səhifələrinə göndərilib. Apellyasiyaya müraciət etmiş namizədlər üçün müsahibələr yanvarın 27-də “Microsoft Teams” platforması üzərindən onlayn təşkil olunacaq.

Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

Namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş təlimatla tanış olmaları tövsiyə olunur.