Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olunacaq

Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olunacaq

Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərov Bakıda dəfn olunacaq.

Axeber.az-ın məlumatına görə, şəhidimiz Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq. Hazırda dəfn mərasimi üçün hazırlıq işləri görülür. Şəhidimizin sabah dəfn olunacağı gözlənilir.

O, evli olub, 2 övladı var.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.