Putinlə Paşinyan arasında görüş başladı

Putinlə Paşinyan arasında görüş başladı

Moskva şəhərində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

Axeber.az xəbər verir ki, tərəflər Ali Avrasiya İqtisadi Şurasının iclasından sonra Böyük Kreml sarayında danışıqlar aparırlar.

Görüşdə iki ölkə arasında münasibətlərin səviyyəsi müzakirə olunur.

Putin qeyd edib ki, Rusiya və Ermənistan ikitərəfli münasibətləri fəal şəkildə inkişaf edir.