“Qarabağdakı minalar regionun flora və faunasına böyük ziyan vurub”

“Qarabağdakı minalar regionun flora və faunasına böyük ziyan vurub”

“Qarabağdakı minalar regionun flora və faunasına böyük ziyan vurub”.

Axeber.az bildirir ki, bunu Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ətraf mühitin çirklənməsi iqlim dəyişikliyinə səbəb olur və bu da öz növbəsində dayanıqlı inkişaf üçün təhlükədir. Sədr bildirib ki, ərazilərin minalarla çirklənməsi bütün regionun inkişafına mənfi təsir göstərir.

V.Süleymanov vurğulayıb ki, bu gün Şuşada keçirilən tədbir zamanı mühüm məsələlər ətrafında çox səmərəli müzakirələr aparılıb: “Enerji və ekologiya sahəsi ilə bağlı problemlərin müzakirəsi də çox vacibdir”.