Şəkidə arvadını bıçaqlayan ər daha sonra özünə xəsarət yetirdi

Şəkidə arvadını bıçaqlayan ər daha sonra özünə xəsarət yetirdi

Şəkidə bıçaqlanma hadisənin bəzi təfərrüatı məlum olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Axeber.az-ın sorğusuna cavab olaraq bildirib ki, Şəki şəhər sakinləri olan Xaqani Nuriyev və arvadı Günəş Nuriyeva arasında şəxsi münasibətlər zəmnində mübahisə baş verib.

Mübahisə zamanı X.Nuriyev həyat yoldaşının boğaz nahiyəsinə bıçaqla cüzi xəsarət yetirib.

Daha sonra isə özünə xəsarət yetirib. Məsələ ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində istintaq araşdırmalarına başlanılıb, hər iki şəxsdə xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə - tibbi ekspertizası təyin olunacaq.