XİN: Ermənistan ərazi iddialarının davam etdiyini bir daha sübut edib
![XİN: Ermənistan ərazi iddialarının davam etdiyini bir daha sübut edib](/uploads1/images/16950634991859946565089dcb4ffe6.jpg)
Ermənistan ərazi iddialarının davam etdiyini bir daha sübut edib.
Axeber.az bildirir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “X” hesabında paylaşım edib.
“UNESCO-nun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Ermənistan Azərbaycandakı Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxıb. Bu, Ermənistanın ərazi iddialarının davam etdiyini göstərir”, - paylaşımda qeyd olunub.