XİN: "Son üç ildə ermənilərin mina terrorunun qurbanların sayı 340 nəfərə çatıb"

XİN: "Son üç ildə ermənilərin mina terrorunun qurbanların sayı 340 nəfərə çatıb"

Azərbaycan Xarici İşlər Nazirliyi 44 günlük müharibədən sonra mina qurbanlarının sayının 340-a çatdığını açıqlayıb.

Axeber.az bildirir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"44 günlük müharibənin bitməsindən bəri qurbanların sayı 340 nəfərə çatıb. Ermənistanın yerləşdirdiyi minalar Azərbaycanda insan həyatı üçün təhlükə yaratmaqda davam edir. Bu gün Şuşa və Füzuli rayonlarında minanın partlaması nəticəsində daha iki azərbaycanlı mülki şəxs ağır xəsarət alıb", - məlumatda qeyd olunub.