Yusif Bağırzadə Qod Nisanova başsağlığı verib

Yusif Bağırzadə Qod Nisanova başsağlığı verib

Xəbər verdiyimiz kimi, Azərbaycanəsilli iş adamı Qod Nisanova ağır itki üz verib. Rusiyada fəalliyyət göstərən milyarderin atası Semyon Nisanov bu gün Moskvada dünyasını dəyişib.

Politoloq Yusif Bağırzadə baş verən hadisə ilə əlaqədar Axeber.az-a açıqlama verərək, Semyon Nisanovun vəfatından kədərləndiyini bildirib və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib:

“Azərbaycan əsilli iş adamı, Azərbaycan diasporunun inkişafı sahəsində böyük xidmətləri olan Qod Nisanovun atasının ölümündən çox kədərləndim. Semyon Nisanovun vəfatının nə qədər ağır bir itki olduğunu anlayır və buna görə mərhumun ailəsinə və əzizlərinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin, yeri behişt olsun”.