Zaur efirdə xüsusi karantin rejiminin qaydalarını belə pozdu - FOTO

Zaur efirdə xüsusi karantin rejiminin qaydalarını belə pozdu - FOTO

ATV telekanalında canlı yayımlanan “Zaurla Günaydın” verilişində xüsusi karantin rejiminin qaydaları pozulur. 

Axeber.az oxu.az-a istinadən bildirir ki, belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən uzadılmış xüsusi karantin rejiminin şərtlərinə görə, virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda beş nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilib.

Sözügedən verilişdə isə bir masa ətrafında altı nəfər toplaşıb.