ABŞ Ukraynaya 2,6 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayacaq

ABŞ Ukraynaya 2,6 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayacaq

ABŞ administrasiyası aprelin 3-də Ukraynaya 2,6 milyard dollarlıq növbəti hərbi yardım paketini elan edəcək.

Axeber.az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən bildirib.

Məlumata əsasən, yardım paketində hava müşahidə radiolokasiya stansiyalar, tank əleyhinə reaktiv mərmilər, həmçinin yanacaq daşıyan maşınlar daxil olacaq.

Bildirilib ki, çoxlu sayda müxtəlif növ sursat, o cümlədən tank mərmiləri də yeni hərbi yardım paketində daxil ola bilər.