ABŞ Ukraynaya 400 milyon dollar yardım edib
![ABŞ Ukraynaya 400 milyon dollar yardım edib](/uploads1/images/1680220465938746022642621312ad5c.png)
ABŞ enerji sisteminin bərpası üçün Ukraynaya 400 milyon dollar ayırıb.
Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yaydığı məlumatda deyilir.
“ABŞ hökuməti USAID vasitəsilə Ukraynaya qış dövrü üçün, O cümlədən energetika sisteminin təmiri üçün avadanlıqlar, elektrik generatorları, istilik stansiyalarının dəstəyi və humanitar yardım üçün 400 milyon dollarlıq yardım ayırıb”, - Agentliyin yaydığı mətndə bildirilib.