Ağcabədidə 42 yaşlı şəxs həmkəndlisini bıçaqlayıb

Ağcabədidə 42 yaşlı şəxs həmkəndlisini bıçaqlayıb

Ağcabədidə bıçaqlanma olub.

Bu barədə Axeber.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

1981-ci il təvəllüdlü, Ağcabədi rayonu Salmanbəyli kənd sakini Həsənov Elməddin Bəhmən oğlu 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı kənd ərazisində yerləşən “Harami düzü” adlanan sahədə həmkəndlisi Həsənov Kənan Həsən oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edərək sonuncunun qarın nahiyəsinə qəsdən bıçaqla bir dəfə daxilə nüfuz edən zərbə endirib.

Faktla bağlı Ağcabədi RPŞ-nin İB-də araşdırma aparılır.