İranda Qasım Süleymaninin öldürülməsinin ildönümü yürüşündə partlayış baş verdi: 103 nəfər öldü, 211 yaralı var - YENİLƏNDİ

İranda Qasım Süleymaninin öldürülməsinin ildönümü yürüşündə partlayış baş verdi: 103 nəfər öldü, 211 yaralı var - YENİLƏNDİ

İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində yaralıların sayı 211 nəfərə çatıb.

Axeber.az xəbər verir ki, bu barədə İRİB məlumat yayıb.

Ölənlərin sayı 103 nəfər təşkil edir.

***

19.30

İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 188 nəfərə çatıb.

Axeber.az xəbər verir ki, bu barədə İranın yerli saytları səhiyyə rəsmilərinə istinadən xəbər verir.

***

18.21

İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb.

Axeber.az xəbər verir ki, bu barədə vilayətin fövqəladə hallar idarəsinin rəisi bildirib.

Onun sözlərinə görə, yaralı sayı 141 nəfər təşkil edir.

İRNA-nın məlumatına görə, birinci partlayış Sepah-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin məzarının 700 metrliyində, ikinci partlayış isə ziyarətgahın bir kilometrliyində, nəzarət-buraxılış məntəqəsi yaxınlığında qeydə alınıb.

Kirman qubernatorunun təhlükəsizlik üzrə müavini partlayışların terror aktı olduğunu təsdiqləyib.

Yaralananlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir və ölü sayının artacağı ehtimalı var.

***

18.06

İranın Kirman şəhərində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 81 nəfərə çatıb.

Axeber.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Yaralıların sayının 200-ə çatacağı bildirilir.

***

17.21

İranın Kirman şəhərində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 73-ə çatıb.

Axeber.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, yaralıların sayı 170-ə çatıb.

***

17.09

Kirmanda baş verən partlayışda ölənlərin sayı 53 nəfərə çatıb, 71 nəfər yaralanıb.

Axeber.az xəbər verir ki, bunu ölkənin fövqəladə hallar departamentinin rəhbəri bildirib.

Bildirilib ki, hadisədə yaralanan şəxlər təcili tibbi yardım mərkəzlərinə çatdırılıb.

Qeyd edək ki, İranın Kerman vilayətinin valiliyi baş verən partlayışları terror aktı kimi qiymətləndirib.

***

16.58

Sepah-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin öldürülməsinin ildönümü mərasimində baş verən partlayışda ölənlərin sayı 50-yə çatıb.

Axeber.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Qeyd edilib ki, hazırda ölü və yaralılar hadisə yerindən təxliyə edilir.

İranın Kerman vilayətinin valiliyi baş verən partlayışları terror aktı adlandırıb.

***

16.41

Qasım Süleymaninin Kermandakı məqbərəsi yaxınlığında baş verən partlayış nəticəsində ən azı 20 nəfər ölüb, 15 nəfər yaralanıb.

Axeber.az xəbər verir ki, bu barədə Tasnim məlumat yayıb.

***

16.11

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə partlayış baş verib.

Axeber.az xəbər verir ki, partlayışın səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, insanlar bu gün Süleymaninin ABŞ-ın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülməsinin dördüncü ildönümünü qeyd etmək üçün toplaşıblar.

“Tasnim”in məlumatına görə, isə hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları gəlib.