Qəzza zolağında ölənlərin sayı açıqlanıdı

Qəzza zolağında ölənlərin sayı açıqlanıdı

Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 078-ə yüksəlib.

Axeber.az-ın məlumatına görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi Fələstin anklavının Səhiyyə Nazirliyinə istinadən bildirib.

Bildirilib ki, Qəzzada ölən fələstinlilərin sayı 11078 nəfərə çatıb, onlardan 4506-sı uşaq, 3027-si qadındır.

Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumatına əsasən, daha 2700 nəfər, o cümlədən 1500 uşaq hələ də itkin düşüb. 27 490 fələstinli yaralanıb.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.