Rusiyada keçmiş xanımını bıçaqlayan azərbaycanlı həbs edildi

Rusiyada keçmiş xanımını bıçaqlayan azərbaycanlı həbs edildi

Moskvada noyabrın 24-də 29 yaşlı həyat yoldaşı Aynuru bıçaqlayan 27 yaşlı keçmiş əri Qurban Qasımzadə həbs edilib.

Axeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Rusiya İstintaq Komitəsinin Baş İdarəsinin saytında yazılıb. Qurban haqda “qəsdən adam öldürmə” maddəsi üzrə cinayət işi açılıb.

Xatırladaq ki, Qurban küşədə 5 yaşlı oğlunu Aynurdan almağa cəhd göstərmiş, daha sonra isə xanımına bıçaq zərbələri endirmişdi. Yaralı halda xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub.

Qeyd edək ki, Qurban daha əvvəl də məsuliyyətə cəlb olunub.