Ukraynanın nazir müavini saxlanıldı

Ukraynanın nazir müavini saxlanıldı

Ukrayna icmalar, ərazilər və infrastruktur nazirinin müavini Vasili Lozinski saxlanılıb.

Axeber.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukraynanın Milli Antikorrupsiya Bürosunun axtarışlarından sonra Lozinski bölməyə aparılıb.

Məlumata görə, istintaq Cinayət Məcəlləsinin 364-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 368-ci (vəzifəli şəxs tərəfindən külli miqdarda təklifi, vədi qəbul etmə və ya qanunsuz mənfəət əldə etmə) maddələri ilə aparılır.