ABŞ ordusu Menbiçi ruslara verdi

ABŞ ordusu Menbiçi ruslara verdi

ABŞ hərbçiləri Suriyanın Menbiç şəhərindəki mövqelərini Rusiya Silahlı Qüvvələrinə verib.

Axeber.az bildirir ki, bu barədə “Newsweek” jurnalı Pentaqonun anonim yüksək səviyyəli nümayəndəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə,  rəsmi Vaşinqtonla Moskva arasında bununla bağlı razılıq əldə olunub.

Pentaqon rəsmisi qeyd edib ki, həmin bölgədə uzun müddət olan amerikalı hərbçilər Rusiya qoşunlarının əvvəllər təhlükəsiz olmayan zonalardan sürətlə keçməsinə və Menbiçə daxil olmasına kömək ediblər.

“Əslində bu, təslim olmaqdır. Hər şey ona yönəlib ki, mümkün qədər çox inventar saxlanılsın və daşınması mümkün olmayan istənilən mühüm avadanlıq məhv edilsin”,- deyə Pentaqon rəsmisi qeyd edib.

Mənbə: Qafqazinfo