Altı rayon təhsil şöbəsinin rəhbəri işdən çıxarılıb

Altı rayon təhsil şöbəsinin rəhbəri işdən çıxarılıb

Ötən tədris ilində işində nöqsanlara yol verdiyi üçün 6 nəfər rayon təhsil şöbəsinin müdiri işdən çıxarılıb.

Bbu barədə məlumatı Təhsil Naziri Ceyhun Bayramov Təhsil İşçilərinin Respublika Konfransındakı hesabat çıxışında qeyd edib.

Bildirib ki, araşdırmalar zamanı bir sira mənfi məqamlar ortaya çıxıb:

“6 nəfər rayon təhsil şöbəsinin, 3 nəfər ərazi maliyyə hesablaşma şöbəsinin müdiri, 8 direktor və 6 direktor müavini işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edilib. 80 direktorun əmək müqaviləsi bitəndən sonra nəticələr aşağı olduğu üçün onlarla olan müqaviləyə xitam verilib. 

Təhsil naziri olaraq ən böyük arzum ondan ibarətdir ki, bu kimi məsələlər yox səviyyəsində olsun. Belə hallar baş verəcəksə, nazirlik hüquq müstəvisində ölçü götürəcək”.