Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

Azərbaycanda 544 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 16 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib. 73 93 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 558ötən müddət ərzində isə ümumilikdə 475 min 525 test aparılıb.