Azərbaycanda şadlıq evində tavan uçdu: Ölən var

Azərbaycanda şadlıq evində tavan uçdu: Ölən var

Xaçmazda şadlıq evində ölüm hadisəsi baş verib. 

Axeber.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə “Aygün” şadlıq sarayında qeydə alınıb. 

Xaçmaz şəhər sakini, 1967-ci il təvəllüdlü Məmmədov Rəşid Hümmət oğlu şadlıq evinin toy zalındakı gipsalitdən olan asma tavanında çilçıraq bağlayarkən tavanın bir hissəsi uçub. 

Nəticədə, altı metrlik hündürlükdən mərmər döşəməyə yıxılan R.Məmmədov hadisə yerində ölüb.

Qeyd edək ki, R.Məmmədov şadlıq evində fəhlə olaraq çalışıb.

Faktla bağlı araşdırma aparılır.