Azərbaycanda son sutkada koronavirusa 9 nəfər yoluxdu

Azərbaycanda son sutkada koronavirusa 9 nəfər yoluxdu

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axeber.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 9 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 9 nəfər sağalıb, vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 831 812 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 451 nəfər müalicə olunaraq sağalıb, hazırda 88 aktiv xəstə var. Bu günə qədər 10 273 nəfər vəfat edib.

Ölkədə son sutka ərzində 1160, hazırkı dövrədək isə 7 617 895 test aparılıb.