Azərbaycandakı ən dərin zəlzələ ocaqları açıqlanıb

Azərbaycandakı ən dərin zəlzələ ocaqları açıqlanıb

Dünən axşam saat 9-dan səhərə kimi Azərbaycanda 34 yeraltı təkan baş verib, amma hiss edilməyib.

Axeber.az bildirir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, il ərzində 7-8 min zəlzələ olur:

"Güclü zəlzələni qabaqcadan demək olmur. Azərbaycanda ən dərin zəlzələ ocaqları Xəzər dənizində və Kür çökəkliyindədir. Yerdə qalan zəlzələlər 8-10 km dərinlikdə olur. Havanın zəlzələyə heç bir aidiyyəti yoxdur".