Azərbaycanlı məmur komaya düşdü

Azərbaycanlı məmur komaya düşdü

Kəlbəcər sakini Gəncədə xəsarət alaraq komaya düşüb.

Axeber.az-ın "Qafqazinfo"ya istinadən xəbərinə görə, hadisə Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə baş verib.

Belə ki, Kəlbəcər rayon Maliyyə Şöbəsinin əməkdaşı, 21 yaşlı Validə Qəmbərova ailə münaqişəsi zəminində bacısının keşmiş nişanlısı ilə mübahisə edib. Bu zaman oğlanın onu itələməsi nəticəsində kəllə-beyin travması alan V.Qəmbərova xəstəxanaya yerləşdirilib. Qadın hazırda komadadır.

Faktla bağlı araşdırma aparılır.