Bakı-Sumqayıt yolunda sərnişin avtobusu qəzaya düşdü: yaralılar var - FOTOLAR

Bakı-Sumqayıt yolunda sərnişin avtobusu qəzaya düşdü: yaralılar var - FOTOLAR

Bu gün Bakı-Sumqayıt yolunda turizm şirkətlərindən birinə məxsus avtobusla 525 saylı sərnişin avtobusu toqquşub. 

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, bu səbəbdən yolda sıxlıq müşahidə edilib. 

"Hazırda DANX-ın və Dövlət Yol Polisinin əməkdaşları hadisə yerindədirlər. İlkin məlumata görə, turizm şirkətinə məxsus avtobusun sürücüsü yağışlı havada sıxlıqdan çıxmağa cəhd edərək idarəetməni itirib və sərnişin avtobusunun sürücüsünü çaşdırıb. Nəticədə 525 saylı avtobus turizm şirkətinə məxsus avtobusa çırpılıb. Hadisə nəticəsində ölən olmayıb. Avtobuslar yoldan çıxarılan kimi nəqliyyatın hərəkəti bərpa olunacaq", - o qeyd edib. 

Axeber.az