Bakıda bahalı maşın qəza törətdi: piyada öldü, sürücü hadisə yerindən qaçdı - FOTO

Bakıda bahalı maşın qəza törətdi: piyada öldü, sürücü hadisə yerindən qaçdı - FOTO

Bakının Nərimanov rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.

Axeber.az-ın məlumatına görə, metronun "Gənclik" stansiyasının yaxınlığında "Maserati" markalı minik avtomobili yolu keçmək istəyən 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vurub. Piyadanı vuran sürücü hadisə yerindən yayınıb. Yaralı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, G.Əmiraslanlı xəstəxanada dünyasını dəyişib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışları istiqamətində iş aparır.

 

Mənbə: APA