Bakıda gənc qız dəm qazından boğuldu

Bakıda gənc qız dəm qazından boğuldu

Bakının Sabunçu rayonunda dəm qazından boğulma hadisəsi qeydə alınıb.

Axeber.az xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib.

20 yaşlı Məmmədova Nuranə Habil qızı hamam otağında dəm qazından boğulub. 

N.Məmmədova 3 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.