Bakıda qəza sıxlığa səbəb oldu

Bakıda qəza sıxlığa səbəb oldu

Bakının Yasamal rayonunda, İnşaatçılar prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Axeber.az bildirir ki, hadisə Dövlət Statiska Komitəsinin yaxınlığında - metronun "Elmlər Akademiyası" stansiyası istiqamətində qeydə alınıb.

Hazırda qəza ilə əlaqədar Bakıxanov körpüsündən İnşaatçılar prospekti istiqamətində sıxlıq müşahidə edilir. Yolda hərəkətin bərpası və sıxlığın aradan qaldırılması üçün işıqforlarda mütəmadi yaşıl dalğa verilir.