"BakuBus"un iştirakı ilə qəza baş verib - FOTO

"BakuBus"un iştirakı ilə qəza baş verib - FOTO

Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində "BakuBus" şirkətinə məxsus 6 saylı avtobusun iştirakı ilə qəza baş verib.

Axeber.az bildirir ki, hadisə zamanı avtobus eyni istiqamətdə hərəkət edən taksi ilə toqquşub.

Qəza ilə əlaqədar Bakı Tennis Akademiyasının qarşısında tıxac yaranıb.

Sürücülər isə bir-birilərini günahlandıraraq hadisə yerinə polis və sığorta işçilərinin gəlişini gözləyiblər.

Mənbə: Report