Baş Nazir yeni qərar imzaladı

Baş Nazir yeni qərar imzaladı

“Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq status verilib.


E-huquq.az xəbər verir ki, bu barədə qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

“Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 19 yanvar tarixli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq statusu verilib.

Dövlət Turizm Agentliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Loading...