BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev vəkilliyə qəbul olundu

BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev vəkilliyə qəbul olundu

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı Əmir Əliyev vəkilliyə qəbul olunub.

Axeber.az bildirir ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında məlumat verilib.

Hüquq elmləri doktoru professor Ə.Əliyev bütün həyatını Azərbaycan xalqına, dövlətçiliyinə həsr edib. Yüksək insani keyfiyyətləri, təmiz mənəviyyatı, əxlaqı, idrakı və mü­barizliyi ilə seçilən, Azərbaycan hüquq elminin inkişafında misilsiz xidmətləri olan tanınmış alim 4 aprel 1973-cü ildə Qərbi Azərbaycanın (keçmiş Ermənistan SSR) Mehri rayonunun Nüvədi kəndində anadan olub. O, 1979-1989-ci illərdə Mehri rayonu Nüvədi kənd orta məktəbində təhsil alıb. 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində təhsil alıb. Ə.Əliyev 1997-cı ildən BDU-da müəllim, baş müəllim, dosent və professor vəzifəsində çalışır. 2011-ci ildə BDU Hüquq fakültəsinin dekanı vəzifəsində çalışır. 

Ə.Əliyev 2003-cü ildə “Azərbaycan Respublikasında əcnəbilərin hüquqi vəziyyəti və beynəlxalq hüquq” mövzusunda dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru, 2007-ci ildə isə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun beynəlxalq-hüquqi tənzimlənməsi: nəzəriyyə və praktika” dissertasiya işini müdafiə edərək hüquq üzrə elmlər doktoru elmi dərəcəsi alıb. 2012-ci ildə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Professor elmi adı verilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, üç övladı var.