Bu da Günay İbrahimlinin mötəbər anası: "Ona layiq olmağa çalışmışam" - FOTO

Bu da Günay İbrahimlinin mötəbər anası: "Ona layiq olmağa çalışmışam" - FOTO

Azərbaycanlı ifaçı Günay İbrahimli anasına 50 yaş münasibətilə təbrik ünvanlayıb.

Axeber.az-ın məlumatına görə, ifaçı sosial şəbəkədə anasını belə təbrik edib:

"O, günün bütün saatlarında sizi təmənnasız sevir... Sizin üçün hər kəsə, hər şeyə sinə gərir. Bəlkə də kiçik bir təbəssümünüz üçün nələrdən keçir... Bu, anadır. Bu gün isə o qadınlardan biri - əziz anamın 50-ci yaşı tamam olur. Hər zaman ona layiq övlad olmağa çalışmışam. Nə qədərini bacarmışam, bilmirəm. Lakin bildiyim tək şey onu ömür boyu yanımda görmək istəməyimdir. Ad günün mübarək, cənnətə layiq olanım".

İlaha Sadiq