Bu ölkədə benzinin qiyməti qalxdı - Kasıblara yardım etmək üçün

Bu ölkədə benzinin qiyməti qalxdı - Kasıblara yardım etmək üçün

Dünyanın ən böyük neft ehtiyatlarına malik İran dövlət tərəfindən subsidiya edilən benizinin qiymətini 50% artırıb. 

İran Milli Neft Məhsulları Şirkətinin açıqlamasına görə, subsidiya edilən benzin aylıq 60 litrədək min tüməndən 1500 tümənə yüksəldilib. Avtomobil başına bir ay içərisində 60 litrdən çox benzin alınsa, litrin qiyməti 3 min tümən olacaq.

İranın Prezident köməkçisi və Büdcə və Planlaşdırma naziri Məhəmməd Bakır Nobaht artımdan əldə edilən gəlirlə maddi sıxıntı çəkən 18 milyon ailəyə yardım ediləcəyini deyib:

“Bir nəfərlik ailələr üçün 55 tümən, 5 nəfərlik ailələr üçün 205 tümən maddi yardım ediləcək”.