Bu şəxslərin maaşı artırıldı - ŞAD XƏBƏR

Bu şəxslərin maaşı artırıldı - ŞAD XƏBƏR

Nazirlər Kabineti “Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərarında dəyişiklik edib.

Axeber.az-ın məlumatına görə, qərara əsasən, Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları artırılıb.

Beləliklə, Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları 594 manatdan 890 manata qaldırılıb.

Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.