Cəlilabad sakini qətlə yetirildi

Cəlilabad sakini qətlə yetirildi

Mayın 27-də saat 18:30 radələrində Cəlilabad rayonu Əliqasımlı kəndində 1985-ci təvəllüdlü Əzimov Şamo Şamil oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Axeber.az-a DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, həmkəndlisi 1991-ci təvəllüdlü Aslanov Rəşad Aydın oğlu saxlanılıb. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. O, könüllü polisə təslim olub.

Araşdırma aparılır.