DÇ-2022-də final həyəcanı: Qalib penaltilərdən sonra məlum olacaq - YENİLƏNDİ

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında penaltilər seriyası olacaq.
Axeber.az-ın məlumatına görə, görüşün əlavə vaxtında da tarazlıq pozulmayıb - 3:3.
Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün 11 metrlik cərimə zərbələrindən istifadə ediləcək.
***
Qətərdə keçirilən dünya çempionatının final matçında hesab yenidən bərabərləşib.
Axeber.az xəbər verir ki, qarşılaşmanın 118-ci dəqiqəsində Kilian Mbappe penalti zərbəsi ilə özünün və komandasının üçüncü qolunu vurub.
Hazırda Argentina - Fransa oyununda bərabərlikdir - 3:3.
***
Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında 5-ci qol vurulub.
Axeber.az xəbər verir ki, 109-cu dəqiqədə Lionel Messi "tanqoçular"ı yenidən hesabda önə keçirib - 3:2.
***
Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında əlavə vaxt başlayıb.
Axeber.az-ın məlumatına görə, hazırda qarşılaşmada hesab bərabərdir - 2:2.
***
Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında əlavə vaxt oynanılacaq.
Axeber.az-ın məlumatına görə, buna səbəb görüşün əsas vaxtının 2:2 hesablı heç-heçə ilə başa çatmasıdır.
Komandalar qalibi müəyyənləşdirmək üçün əlavə 30 dəqiqə mübarizə aparacaqlar. Burada da tarazlıq pozulmasa, penaltilər seriyasından istifadə olunacaq.
***
Qətərdə keçirilən dünya çempionatının final matçında hesab bərabərləşib.
Axeber.az xəbər verir ki, qarşılaşmanın 82-ci dəqiqəsində Kilian Mbappe özünün və Fransanın ikinci qolunu vurub.
***
Qətərdə keçirilən dünya çempionatının final matçında hesab dəyişib.
Axeber.az xəbər verir ki, qarşılaşmanın 80-ci dəqiqəsində Kilian Mbappe penalti zərbəsi ilə Fransanın qolunu vurub.
Hazırda Argentina 2:1 hesabı ilə öndədir.
***
Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda ikinci hissə başlayıb.
Axeber.az-ın məlumatına görə, Cənubi Amerika təmsilçisi 2:0 hesabı ilə qalib gəlir.
****
Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda ilk hissə başa çatıb.
"Axeber.az-ın məlumatına görə, Cənubi Amerika təmsilçisi fasiləyə 2:0 hesabı ilə üstün yollanıb.