Azərbaycan güləşçisi erməniyə qalib gələrək finala yüksəlib və olimpiadaya lisenziya əldə edib

Azərbaycan güləşçisi erməniyə qalib gələrək finala yüksəlib və olimpiadaya lisenziya əldə edib

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Serbiyanın paytaxtı Belqradda təşkil olunan lisenziya xarakterli dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Axeber.az-ın məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda Ermənistan təmsilçisi Malxas Amoyanla üz-üzə gəlib.

Rəqibinə 5:0 hesabı ilə qalib gələn Süleymanov həm həlledici qarşılaşmaya vəsiqə qazanıb, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.