Emin Mahmudov: “İsveçdəki ağır məğlubiyyətin əvəzini çıxmaq istəyirik”

Emin Mahmudov: “İsveçdəki ağır məğlubiyyətin əvəzini çıxmaq istəyirik”

“İsveçdəki ağır məğlubiyyətin əvəzini çıxmaq istəyirik”.

Axeber.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov İsveç yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

31 yaşlı kapitan ev matçında qələbə qazanmaq istədiklərini bildirib: “Yaxşı komandaya qarşı oynayacağıq. Maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu oyun göstərək. Hər matça qələbə üçün çıxırıq. Amma çətin rəqiblərə qarşı oynadığımızı da bilirik. Rəqibimiz güclü olsa da, yaxşı nəticə qazanmağa çalışacağıq”.

O, səfərdəki məğlubiyyətin əvəzini çıxmaq istədiklərini bildirib: “İsveçdəki məğlubiyyət bizə pis təsir etmişdi. Çünki ilk 60 dəqiqədə top bizdə idi, hücumlar qurmağa çalışırdıq. Rəqibin heyətində keyfiyyətli oyunçular çoxdur. Onlara mane olmağa çalışacağıq”.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək Azərbaycan - İsveç görüşü saat 21:00-da başlayacaq. F qrupunda yer alan millimiz 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç isə üçüncüdür.