Əfsanəvi aktrisa vəfat etdi

Əfsanəvi aktrisa vəfat etdi

Əfsanəvi amerikalı aktrisa, rejissor Stenli Kubrikin ilk filminin ulduzu Virciniya Leyt 94 yaşında vəfat edib. 

Axeber.az bildirir ki, bu barədə “Variety” yazıb.

Aktrisa noyabrın 4-də vəfat etsə də, ailəsi məlumatı hələ indi təsdiqləyib. Ailə nümayəndəsinin sözlərinə görə, o, Palm-Sprinqdə (Kaliforniya ştatı) öz evində uzun sürən xəstəlikdən sonra vəfat edib.

REKLAM

www.parkchinar.az

Daha ətraflı

Qeyd edək ki, V. Leyt 1925-ci il oktyabrın 15-də ABŞ-da anadan olub. O, 1950-ci illərdən filmlərə çəkilməyə başlayıb. Onun iştirakı ilə olan ən məşhur filmlər bunlardır: “Ölümdən əvvəl öpüş”, “Qara dul”, “Qorxu və şəhvət” (rejissor Stenli Kubrik), “Qəddar şənbə”, “Ağ lələk”.