Əhalisi ən yoxsul olan ölkələr açıqlandı - SİYAHI

Əhalisi ən yoxsul olan ölkələr açıqlandı - SİYAHI

Avropa İttifaqı (Aİ) ölkələri arasında yoxsulluq həddindən aşağı, yaxud sosial təcrid vəziyyəti ağır olan sakinlərin sayına görə 2018-ci ildə Bolqarıstan birinci olub.

Axeber.az Avropa İttifaqının statistika ofisinə - Eurostata istinadən xəbər verir ki, kiçik gəlir, ciddi maddi çətinliklər, məşğulluq səviyyəsi aşağı olan ev təsərrüfatında yaşamaq kimi üç şərtdən azı birini ehtiva edən sözügedən meyara uyğun gələn əhali Bolqarıstanda 32,8 faiz, Rumıniyada 32,5 faiz, Yunanıstanda 31,8 faiz təşkil edib.

Digər tərəfdən, kasıblığın ən az olduğu Aİ ölkələri arasında Çex Respublikası (12,2 faiz), Sloveniya (16,2 faiz), Slovakiya (16,8 faiz) öncül mövqedədirlər.

Bütövlükdə 2018-ci ildə Aİ ölkələrində kasıb əhalinin sayı 109,2 milyon, yəni ümumi əhalinin 21,7 faizini təşkil edib. Bu da əvvəlki ilə nisbətən 3,7 faiz azdır.