Epidemioloq koronavirus xəstələri barədə yeni faktı açıqladı

Epidemioloq koronavirus xəstələri barədə yeni faktı açıqladı

Tampere Universitetinin epidemioloqu və N.N. Petrova adına Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzinin araşdırma üzvü Anton Barçuk COVID-19 xəstələrinin hamısında antikorun inkişaf etmədiyini deyib.


Epidemioloq bu barədə Sankt-Peterburq telekanalının efirində danışıb.

Mütəxəssis insanda fərqli immun qoruyuculuq yollarının olduğunu izah edib. Antikorlara əlavə olaraq virusda hüceyrə reaksiyası, humoral reaksiya və s. rol oynayır. Epidemioloq eyni zamanda qeyd edib ki, bütün testlər mükəmməl deyil, yüz faiz zəmanət vermirlər.

Xatırladaq ki, sakinlərin əksəriyyətinin koronavirusa qarşı antikorunun olduğu bölgələr açıqlanmışdı. Tatarıstan lider olmuşdu - əhalinin 31,5%-də antikor olduğu bildirilmişdi. Siyahıya Sankt-Peterburq, Tümen və Tula vilayətləri də daxildir. (publika.az)

Loading...