Fəzail Ağamalı seçicilərlə daha bir görüş keçirdi - VİDEO

Fəzail Ağamalı seçicilərlə daha bir görüş keçirdi - VİDEO

Deputatlığa namizəd Fəzai Ağamalı seçicilərlə növbəti görüşünü keçirib.

Axeber.az-ın məlumatına görə, F.Ağamalı görüşə Parça – Xalac və Çuxanlı kənd inzibati ərazilərində torpaqlarımızın bütovlüyü uğrunda şəhid olan igid vətən övladlarının məzarlarını ziyarət etməklə başlayıb.

F.Ağamalı daha sonra şəhidlərin ailələri və kənd sakinlərilə çoxsaylı görüşlər keçirib. Şəhid ailələrinin və kənd sakinlərinin istək və təkliflərini dinləyib.

Səmimiyyətlə qarşılanıb yola salınan Fəzail Ağamalı seçicilərlə görüşdə dövlətçiliyimizin keçdiyi yolun çətinliklərindən, 1990-cı illərin əvvəllərində düşdüyümüz fəlakətli vəziyyətdən və dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib. Həmin çətin anlarda xalqımızla bərabər Ümummilli liderimizin yanında olmağından şərəf duyduğunu və dövlətimizin gücünü, beynəlxalq nüfuzunu konkret faktlarla önə çəkib.

Görüşdə seçicilər Fəzail Ağamalının son dörd ildə deputatlıq fəaliyyətini yüksək qiymətləndirib, qarşıdan gələn parlament seçkilərində ona səs verəcəklərini yüksək əhval-ruhiyyə ilə ifadə edərək dövlətçiliyimiz və xalqımıza xidmət yolunda uğurlar arzulayıblar.

​​​​​​