Gəncədə raket zərbəsinə məruz qalan ahıl qadın: “Ev uçdu altında qaldıq..."

Gəncədə raket zərbəsinə məruz qalan ahıl qadın: “Ev uçdu altında qaldıq..."

Düşmən növbəti dəfə Gəncə şəhərində dinc əhaliyə qarşı terror törədərək raket zərbələri endirib.

Bu dəqiqəyə olan məlumata görə, hadisə nəticəsində ümumilikdə 13 nəfər həlak olub, 48-dan çox mülki şəxs yaralanıb, 2 uşaq isə itkin düşüb.

Şəhərdə ötən gecə 20-yə qədər ev dağıdılıb.

"Report" şəkiliş heyəti hadisə baş verən yerlərdən silsilə reportajlarını dava edir.

Raket zərbəsi nəticəsində zərərçəkən ahıl yaşlı Tamam Hacıyeva bildirir ki, hadisə zamanı evdə özü, qızı, nəvəsi və 2-ci qrup əlil olan oğlu var idi:

"Yatdığımız vaxt ardıcıl partlayışlar oldu, birdən-birə ev uçdu altında qaldıq, hər tərəfi toz basdı. Pəncərəni açıb çıxmağa çalışdıq, amma nə qədər etdiksə açılmadı, sonra evin digər tərəfinə yönəldik ki, bəlkə ordan çıxa bilək. Ancaq o vaxta qədər hökumət nümayəndələri gəlib hamımızı ordan çıxartdılar. Torpağımız sağ olsun".