Ailə qurmağa hazırlaşan meyxanaçı Samirəni tənqid etdilər: "Özü yaşında oğlu və qızı var" - VİDEO

Ailə qurmağa hazırlaşan meyxanaçı Samirəni tənqid etdilər: "Özü yaşında oğlu və qızı var" - VİDEO

ARB TV-nin "Elgizlə İzlə" verilişində maraqlı anlar yaşanıb.

Axeber.az-ın məlumatına görə, verilişin ilk buraxılışında qonaqlar vəkil Şəfiqə Nağıyeva və müğənni Samirə Yusifqızı olub. Tanınmış vəkil evlənməyə hazırlaşan Samirə Yusifqızını tənqid edib:

"Samirəni çox istəyirəm, amma onun ərə getməsinə razı deyiləm. Samirə xanımın özü yaşında oğlu və qızı var. Sabah o həm oğluna, həm özünə toy edəcək?! Ona görə də bu söhbətə inanmıram".

Müğənni isə vəkilin tənqidlərinə belə cavab verib:

"Gizlində yaşasam yaxşıdır, amma ərə getsəm olmaz? O zaman gərək gedib kiminləsə gizlində yaşayım. Cavan qadın tək qalmalıdır? Sənətçiyə ruh verən sevgidir. Elə olsa gərək mən sənətimi də atım. Sabah mən evdə tək qalanda bu gün mənə dərs keçənlərin heç biri gəlib mənə çörək verməyəcək".

Mənbə: Milli.az