Goranboyda evdə yanğın oldu
Goranboy rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Axeber.az-a verilən məlumata görə, rayonun Veyisli kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 16 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.