Gürcüstanda banka basqın edən silahlı şəxs polisə təslim oldu - Yeniləndi

Gürcüstanda banka basqın edən silahlı şəxs polisə təslim oldu - Yeniləndi

Zuqdididə xüsusi əməliyyat başa çatdırılıb.

Axeber.az xəbər verir ki, silahlı basqınçı əli qandallı bankın binasından çıxarılıb.

Yayılan məlumatlara əsasən, cinayətkar polisə təslim olub.

Bütün girovlar sərbəst buraxılıb.

***

21:25

Zuqdididə silahlı şəxs bank filialında girovları saxlamaqda davam edir.

Axeber.az xəbər verir ki, basqınçı ilə aparılan danışıqlar nəticəsində girovlardan ikisi azad olunub.

Yerdə qalan girovların buraxılması üçün danışıqlar davam etdirilir.

Hazırda filialda neçə nəfərin girov qalması məlum deyil. Bu vaxta qədər 19 girov barədə məlumat yayılmışdı.

Xatırladaq ki, silahlı şəxs “Gürcüstan Bankı”nın Zuqdidi filialına bu gün saat 14:21-də basqın edib. O, 500 min dollar, helikopter və xüsusi təyinatlıların bankın perimetrindən uzaqlaşmasını tələb edir. Tələblərin yerinə yetirilməsinə basqınçı iki saat vaxt verib.

Mənbə: Report