"İcra başçısı şəhəri gəzərək xüsusi karantin rejiminə özü nəzarət edir"

"İcra başçısı şəhəri gəzərək xüsusi karantin rejiminə özü nəzarət edir"

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus (COVID -19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması üçün xüsusi karantin rejimi elan edib.

Axeber.az-ın məlumatına görə,  47 saylı Mingəçevir seçki dairəsinin deputatı Aydın Mirzəzadə “report”a təmsil etdiyi bölgədə karantin rejiminə əməl olunmasından danışıb.

“Mingəçevirdə xüsusi karantin rejiminin qaydalarına yüksək səviyyədə əməl edilməsinə çalışılır. Şəhər ərazisində polis patrulu xidməti fəaliyyət göstərir. Onlar 65 yaşdan yuxarı insanlar arasında maarifləndirmə işləri aparır və evdə qalmalarını tövsiyə edirlər. Eyni zamanda insanların bir yerə toplaşması, ehtiyac olmadan çölə çıxmasına qarşı Mingəçevir Şəhər İcra Hakimiyyəti, müvafiq təşkilatlar tərəfindən xüsusi təbliğat işi aparılır. Ərzaq, səhiyyə və apteklərdən başqa digər obyektlərin fəaliyyəti dayandırılıb və bunu ciddi şəkildə nəzarət olunur. Bundan əlavə, icra başçısı şəhəri gəzərək xüsusi karantin rejiminə əməl olunmasını yerində araşdırır. Şəhər ərazisində tək yaşayan və qayğıya ehtiyacı olan insanların siyahısı tutulub. Onlara ərzaq və tibbi ləvazimatların alınması təşkil edilir. Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının gəncləri könüllü surətdə tənha yaşayan insanlara ərzaq və dərman vasitələrinin alınıb verilməsi prosesində yaxından iştirak edirlər. Ümumən götürdükdə Mingəçevirdə xüsusi karantin rejiminə əməl edilməsinə çalışılır”.