İlham Əliyevlə Putinin görüşü olacaq

İlham Əliyevlə Putinin görüşü olacaq

Rusiyanın dövlət başçısı Vladimir Putin Prezident İlham Əliyevlə görüşəcək.

Axeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Kreml rəhbəri Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşündə deyib. Putinin sözlərinə görə, görüş dekabrın 20-də baş tutacaq:

“Azərbaycan Prezidentinə ən xoş arzularımı çatdırın. Ümid edirəm ki, onunla dekabrın 20-də Sankt-Peterburqda görüşəcəyik”.

Əliyeva da öz növbəsində İlham Əliyevin Putinə salamını söyləyərək “Azərbaycan Prezidentinin də sizə uyğun vaxtda ölkəmizə dəvətini çatdırıram” deyib.

Qeyd edək ki, dekabrın 20-də Sankt-Peterburqda Avrasiya İqtisadi Birliyinə daxil olmayan MDB ölkələrinin dövlət başçılarının iqtisadi birliyin qeyri-rəsmi sammitində görüşü keçiriləcək.