Karantində doğulan əkizlərə Kovid və Korona adları verildi

Karantində doğulan əkizlərə Kovid və Korona adları verildi

Hindistanın Çhattisqarh ştatında karantin zamanı dünyaya gələn əkizlərə Kovid və Korona adları verilib.

 Axeber.az bildirir ki, uşaqlar martın 27-nə keçən gecə bütün ölkədə tətbiq olunan ümumi karantin zamanı dünyaya gəlib.

Valideynlər məhz karantin səbəbi ilə əkizlərə bu adları verdiklərini bildirib. Bununla belə onlar sonradan əkizlərin adlarını dəyişdirə biləcəklərini qeyd ediblər.

Qeyd edək ki, Hindistanda bu günə qədər 2,567 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb, 72 nəfər xəstəlik səbəbindən həyatını itirib. Ölkədə bütün ştatlarda ümumi karantin elan olunub. //qafqazinfo